Hakimiyyətə seçki təhlükəsi

30-07-2015, 07:41   
Hakimiyyətə seçki təhlükəsi
Əliyev iqtidarı parlament seçkilərində legitimlik təhlükəsilə üzləşib


Azərbaycan hakimiyyəti qarşıdan gələn parlament seçkilərində legitimlik problemilə üzələşə bilər və hazırda bu məsələ iqtidar daxilində müzakirə mövzusudur. Bu barədə “Azadlıq”a daxil olan məlumatda deyilir ki, hakimiyyətin Qərblə münasibətlərinin kəskinləşməsi, Avropa Parlamentinin seçkiyə müşahidəçi göndərməməsi, eyni zamanda parlamentarilərin də müstəqil şəkildə müşahidə missiyasını yerinə yetirməsini qadağan etməsi iqtidar üçün çıxılmaz vəziyyət yaradıb.
Elə bu səbəbdəndir ki, hakimiyyət müşahidə missiyası göndərilməsi üçün ATƏT-ə müraciət edib. Halbuki ATƏT-lə hakimiyyət arasında münasibətlər kəskindir. Hətta o səviyyədədir ki, iqtidar ATƏT-in Bakı ofisinin fəaliyyətinə qadağa qoyub. Lakin iqtidar seçkiləri yalnız MDB-nin müşahidə missiyası və yerli müşahidəçilərlə keçirmək istəmir. Çünki MDB müşahidə missiyasının rəyi beynəlxalq aləmdə ciddi qəbul olunmur. Bununla belə hakimiyyət fərqindədir ki, seçkilər ənənəvi qaydada keçiriləcəksə ATƏT-in rəyi ürəkaçan olmayacaq. Bu baxımdan hakimiyyət legitimlik problemini həll etmək üçün yollar axtarır.
Bəzi məlumatlara görə, hakimiyyət beynəlxalq aləmdə tanınmış exit-poll şirkətlərinin də seçkiyə cəlb olunması və ATƏT-in müşahidə missiyasının da rəyində həmin şirkətlərə də istinad etməsi təklif olunub. Iqtidar bu təklifi qəbul etməyib. Çünki bu halda nəticələrin onun xeyrinə olmayacağını başa düşür. Məlumatlarda deyilir ki, son günlər iqtidarın özünə yaxın təşkilatlar vasitəsilə rəy sorğuları keçirməsi də qarşıda gözlənilən legitimlik problemilə bağlıdır. Iqtidar bununla xalq arasında yüksək reytinqinin olduğunu sübut etməyə çalışır. Lakin beynəlxalq qurumlar bu sorğuların nəticələrini ciddi qəbul etmir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar