Sizinyol” xarici mətbuata istinadən xəbər verir ki, etirazçı Bəhreyn xalqına qarşı aqressiv qərarları ilə yadda qalan Bəhreyn baş naziri Xəlifə bin Salman ölkədə İslam dininə zidd hərəkətləri ilə seçilən aktirisa ilə selfi çəkdirib. Baş nazirin selfidən sonra bu qadının əlindən tutması və onunla zarafatlaşması, həm Bəhreyn, həm də digər ərəb ölkələrində ciddi etirazla qarşılanıb. Xəlifə aktirisadan evinin hansı məntəqədə olmasını da soruşmağı unutmayıb. Müsəlman ərəblər baş nazirin naməhrəm qadınla əl görüşməsinin haram olduğunu yazaraq, onu tənqid atəşinə tutublar.
Xatırladaq ki, Xəlifə bin Salman Bəhreyn xalqını hakimiyyətə qarşı qaldırmaq ittihamı ilə tez-tez qonşu ölkələrə qarşı çıxışlar edir. Bu günədək Bəhreyndə xalqın etirazını yatırmaq üçün əli yalın əhaliyə odlu silahdan atəş də açılıb. Amma Beynəlxalq təşkilatlar hələ də ərəb şeyxlərinin cinayətinə göz yummağa üstünlük verir.