Morninqstar Amerikada Azərbaycandan danışacaq... - Bu dəfə...

31-07-2015, 19:32   
Morninqstar Amerikada Azərbaycandan danışacaq... - Bu dəfə...
ABŞ-ın “sippican.villagesoup.com” saytı yazır ki, Ohayo ştatının Marion şəhərində yerləşən Musiqi Zalında Amerikanın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar avqustun 11-də saat 19-da tədbir keçirəcək. Giriş pulsuzdur və arzu edənlər dinləmələrə qatıla bilər. Cənab Morinqstar ABŞ-Azərbaycan münasibətlərindən söhbət açacaq, onun xanımı Faith Morninqstar isə toplantıda Azərbaycan qadınılarının vəziyyəti ilə bağlı çıxış edəcək.

Sayt xatırladır ki, cənab Morninqstar 2012-ci ildə (iyun) prezident Barak Obama tərəfindən Azərbaycana səfir təyin edilib. O, 2014-cü (avqust) ilə qədər Azərbaycanda ABŞ-ın səfiri qismində fəaliyyət göstərib.

Sayt onu da vurğulayır ki, yazının əvvəlində qeyd olunmuş ünvanda cənab Riçard Morninqstar 2013-cü ilin avqustda da analoji tədbir keçirib. Sayt həmin tədbirin video-görüntülərini də yayımlayıb. O vaxt fəaliyyətdə olan səfir qeyd edir ki, Azərbaycan haqqında amerikalıların məlumatı azdır. Ancaq bu ölkə ABŞ üçün starateji əhəmiyyət kəsb edir. Səfir ölkəmizin dünyəvi dəyərlərə söykəndiyini, ən əsası isə müsəlman ölkəsi olmağına baxmayaraq İsrail ilə inanılmaz dərəcədə sıx əlaqələrə malik olduğunu vurğulamışdı.


Azerbaijan-U.S. ICT Forum, Dekabr 3, 2013

Maraqlıdır ki, 2013-cü il prezident seçkiləri ərəfəsində çıxış etmiş cənab Morninqstarın bu dəfəki çıxışi da parlament seçkiləri ərəfəsinə təsadüf edir.

ABŞ-ın Azərbaycandakı digər keçmiş səfirlərini necə xatırlayırsızmı? Ross Uilson ,Stenli Eskudero, Richard Kauzlaric, Metyu Brayza. Kimləri isə yəqin ki, unutduq.

Yalnız Riçard Kauzlaric arada Azərbaycandakı siyasi sistemin naqisliklərinə etiraz edib. Qalanları isə bir qayda olaraq neft biznesinə bulaşıblar. İqtidar bilərəkdən onlara belə bir şans tanıyıb. Hazırda demək olar ki, onların hamısı İlham Əliyev rejimini dəstəkləyir. Bu və ya digər tədbirlərdə Azərbaycan prezidentini və onun yeritdiyi siyasəti tərifləməklə məşğuldurlar.



Təzə səfir Robert Sekutanın da əvvəlkilərdən elə bir fərqi yoxdur.

Demokratiyadan dəm vuran ABŞ səfirlərinin demək olar ki, hamısının belə bir mövqe sərgiləməsi əlbəttə, təsadüfi deyil və Vaşinqtonun razılığı ilə həyata keçirilir. Yeri gəlmişkən, Riçard Morninqstar “huffingtonpost.com” saytında getmiş “Xarici siyasətimizdə ikili standartlar” yazısında da Azərbaycan məsələsinə toxunub. O, qeyd edir ki, bu kimi davranışlar bəzən çaşqınlıq yaradır. Amma bizim xarici siyasətin əsas məqsədi Amerika xalqının maraqlarının müdafiəsinə yönəlib...

Nə qədər qəribə olsa da bizim sadəlövh müxalifətimiz hələ də ümid edir ki, ABŞ nə vaxtsa onlara dəstək verəcək və onlar Amerikanın xeyir-duası ilə iqtidara gələcəklər...musavat
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar