Qəddafinin oğluna işgəncə verilir VİDEO

4-08-2015, 22:26   


İnternetdə sabiq Liviya lideri Muammar Gaddafi-nin oğlunun- Saadi Qəddafinin həbsxanadan olan görüntüləri yayılıb. Yayılan kadrlarda onun döyüldüyü görünür. Ölkə prokuroru video ilə bağlı araşdırmalara başlayıb. Saadi Qəddafi Liviyanı 2011-ci ildə tərk edib, 2012-ci ildə Nigerdə həbs edilərək ölkəsinə təhvil verilib. Saadinin adı bir neçə cinayət işində hallanır.

Muammar Qəddafi-nin ən tanınmış oğlu Saif al-İslam barəsində isə məhkəmə güllələmə hökmü çıxarıb. O hərbi cinayətlərdə və inqilab zamanı dinc nümayişlərə divan tutmaqda ittiham olunub.

Saif al-İslam 2011-ci ildən bəri Zintanta, Tripoli hökumətinə qarşı çıxan keçmiş qiyamçı qrup tərəfindən saxlanırdı. Məhkum edilənlərin arasında keçmiş kəşfiyyat rəisi Abdullah Senussi və keçmiş Liviya baş naziri Bagdadi Ali Mahmudi də var.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar