Türkiyəyə tətilə gedən azərbaycanlı ailənin tətili faciə ilə bitib.
Musavat.com Türkiyəynin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Antalyanın Kəmər bölgəsinə ailəsi ilə tətilə gedən 6 yaşlı Leyla Rzayeva istirahət etdikləri otelin hovuzuna düşərək boğulub.
Hovuza düşən Leylanı tursitlər çıxarıb. Kəmər xəstəxanasına oradan da Antalya xəstəxanasına aparılan Leylanı xilas etmək mümkün olmayıb.
Leyla Rzayevanın xalası Ramidə Quliyeva otelin heç bir təhlükəsizlik tədbiri görmədiyini və otel rəhbərliyini məhkəməyə verəcəklərini deyib.
Qeyd edək ki, bu Türkiyədə son 2 gündə otellərin hovuzunda 3-cü uşaq boğulması hadisəsidir.
Musavat.com