Kremlin Bakı-Supsadan sonrakı hədəfi bilindi - Şok

5-08-2015, 20:42   
Kremlin Bakı-Supsadan sonrakı hədəfi bilindi - Şok
Rusiya Gürcüstanın NATO ilə yaxınlaşmasına qarşı ilk addımını atıb. Bakı-Supsa neft kəmərinin 1700 metrlik hissəsini işğal edib. Axar.az xəbər verir ki, bunu Gürcüstanın Avropalı Demokratlar Təşkilatının rəhbəri Paat Davitaya söyləyib. Onun sözlərinə görə, Rusiyanın bir müddət öncə zəbt etdiyi bölgənin yaxınlığında şərqi və qərbi Gürcüstanı birləşdirən avtomagistral yerləşir: “Rusiya artıq avtomagistralın 400 metrliyində dayanıb. Bu Moskvaya imkan verir ki, onu istədiyi zaman zəbt edə bilsin. NATO-nun Gürcüstanda açacağı təlim mərkəzindən sonra bu təhlükə daha da artacaq. Bu gün rusların zəbt etdiyi Bakı-Supsa neft kəmərindən neft axır, amma yaxın gələcəkdə o neft ümumiyyətlə, axmaya bilər”. Təşkilat rəhbəri bildirib ki, artıq Rusiya İnquri su elektrik stansiyası yaxınlığındakı əhalini xəbərdar edib: “Payızda bu hövzəni ələ keçirəcək. Bilirsiniz ki, bu hövzə və onun idarəçiliyi Gürcüstan energetiklərinin nəzarətindədir. Məndə olan məlumatlara görə, artıq İnquri SES-də çalışan Abxaziyanın “Çernomorenerqo” qrupu Rusiya ilə danışıqlara başlayıb ki, buraya payızda mütəxəssislər göndərsinlər. Sözsüz ki, gürcülərin işdən uzaqlaşdırılması üçün hansısa addımların atılması da planlaşdırılır. Onlarda belə plan hələ avqust müharibəsindən əvvəl mövcud idi. Amma bunu həyata keçirə bilməmişdilər. İnquri SES-i ələ keçiriləndən sonra Gürcüstanın energetika sisteminə nəzarət ediləcək. Məhz bu təhdidləri düşünmək kifayətdir ki, ölkədə hansı ciddi böhranın yaranacağını görə biləsən”. Qeyd edək ki, İnquri SES Gürcüstanla Abxaziya arasındakı konflikt zonasında yerləşir. 1992-ci ilin razılaşmasına əsasən stansiyanın idarəçiliyinin 60%-i Gürcüstanın, 40%-i isə Abxaziyanın tabeçiliyinə verilmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar