Havaların qızması ilə suda boğulanların da sayı kəskina rtı b. Daxili İşlər Nazirliyinin mətbuiuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ancaq ötən gün 10-a yaxın insan gənizdə, çayda boğularaq həyatını itirib.
Boğulma hallarının böyük əksəriyyəti bakı ərazisindəki çimərliklərdə qeydə alınıb.
Belə ki, Mərdəkan qəsəbəsindəki dəniz çimərliyində Gəncə şəhər sakini Akif Məmmədov, Zuğulba çimərliyində Buzovna qəsəbə sakini Ərəstun Əliyev, Tovuz rayonu Qazqulu kəndində Kamran Hüseynov su anbarında çimərkən boğulublar. Şəmkir rayonunun Qaranüy kəndində isə Elvin Piriyev Kür çayında balıq tutarkən yıxılaraq çayda batıb.
Adıçəkilən şəxslərin meyitlərini artıq sudan çıxarmaq mümkün olub.
İtkin düşmüş Abşeron rayon sakini 12 yaşlı Anar Baxşəliyevin də boğulduğu müəyyən edilib. Uşaq Sumqayıt şəhərindəki çimərlikdə itkin düşmüşdü.
Gəncədən Bakıya qonaq gələn iki gənc isə küləkli havada dənizə girməyin əvəzini canları ilə ödəyiblər. Fatmayi çimərliyində yaranan dalğa iki gəncin həyatına son qoyub. Bakıya dayısıgilə qonaq gələn 16 yaşlı Gəncə sakini Qurbanov Namiq Nüsrət oğlu Fatmayi çimərliyində çimərkən boğulub.
Dalğanın apardığı ikinci şəxs hərbi həkim olan 26 yaşlı Mehtiyev Anar olub.
Onların meyitlərinin tapılması istiqamətində tədbirlər görülür.
Daha bir bədbəxt hadisə Bərdə sakinin ailəsini yasa batırıb. İmamqulubəyli kənd sakini Həsənovlar ailəsinin 13 yaşlı övladı Nicat Vüqar oğlu Həsənov göldə çimərkən boğularaq dünyasını dəyişib.