Bakıda 58 min oğurlayan gənc kimin oğludur?

6-08-2015, 14:02   
Bakıda 58 min oğurlayan gənc kimin oğludur?
Bakıda mənzildən 58 min manat oğurlayan şəxslərdən biri haqda müdhiş məlumat yayılıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, avqustun 2-də paytaxtın Nizami rayon sakini Elsevər Abutalıbovun yaşadığı evdən 58000 manat oğurlamış Naxçıvanın Babək rayon sakinləri Emin Qafarov və Nicat Mirzəliyev artıq tutulublar. Axar.az-a verilən özəl xəbərə görə, N.Mirzəliyev iyulun 9-da paytaxtda seksual manyak kimi həbs edilən Malik Mirzəliyevin oğludur. Onun atası xeyli müddətdir 13 yaşlı qızını və həyətdəki ev heyvanlarını zorlayırmış. Movqe.az yazıb ki, Nehrəm kənd sakini olan M.Mirzəliyev Sabunçu rayonu Bakıxanov qəsəbəsində yaşayıb. Onu Sabunçu rayon Pİ-nin 12 saylı polis bölməsinin əməkdaşları həbs edib. Nicatın atası məhz 13 yaşlı bacısının şikayəti əsasında həbs olunub. Qızcığaz iki dəfə “ata”sından hamilə qalmasını gizlətməli olub. M.Mirzəyev 1960-cı il təvəllüdlüdür. O, Bakıxanov qəsəbə ərazisində taksi sürücüsü kimi fəaliyyət göstərirmiş. M.Mirzəyevin bu nikahdan 4 övladı var. Onlardan 3-ü oğlan, sonuncusu isə qız imiş. Artıq manyakın oğlu da oğurluğa görə həbs edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar