Bakıda daha bir nəfər dənizdə batıb.
Səbayel Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “1001 Gecə” restoranının çimərliyində qeydə alınıb. 1937-ci il təvəllüdlü Güloğlan İsgəndər oğlu İsmayılov dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, “1001 Gecə” restoranı deputat Hüseynbala Mirələmova məxsusdur. Bir neçə il öncə həmin restoranda hay-küy doğuran qətl hadisəsi baş vermişdi. Bu qalmaqala görə deputatın qardaşı oğlu həbs edilib.