Soyuducu bu tərəvəzlərin dadını pisləşdirir

6-08-2015, 20:42   

Vitamin mənbəyi hesab edilən tərəvəzləri soyuducuya saxlamaq onların dadının, keyfiyyətinin pozulmasına səbəb ola bilər.

Pomidoru soyuducuda saxlayanda tərəvəzin lətinin divarındakı membran dağılır. Bu da onun təbii dadının və yumşaq teksturasının məhv olmasına səbəb olur.

Milli.Az gecce.az-a istinadən bildirir ki, ona görə də, pomidoru otaq temperaturunda 3-4 gün saxlayın. Pomidor kənar qoxulara qarşı xüsusilə həssasdırlar. Ona görə də pomidorları digər meyvə və tərəvəz ayrı saxlayın.

Xiyarı da soyuducuda saxlamaq olmaz, əks halda xiyarın üzərində ağ və qara ləkələr formasında ləkələr nəzərə çarpır, tərəvəz çürüyür.
Xiyar 3 gün soyuğa dözə bilər. Yəni əgər mətbəxdə xiyarı saxlamaq üçün başqa yer tapılmayıbsa, soyuducuya qoya bilərsiniz. Ancaq bu zamanda xiyarı ən soyuq zonada saxlamayın. Əgər dondurucu soyuducunun yuxarısındadırsa, deməli soyuq zona yuxarı hissədir, aşağıdadırsa isə aşağı zonadır.
Bundan başqa, xiyar etilenə - qaza qarşı çox həssasdır, bu onda yetişmə prosesini sürətləndirir. Bundan başqa, xiyarı pomidorla, yemişlə, bananla bir yerdə saxlamayın, çünki onlardan da etilen ayrılır.
Milli.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar