Bakıda pedofil olduğu deyilən şəxslə bağlı ictimaiyyətə xəbərdarlıq edilib.
Axar.az-ın məlumatına görə, sosial şəbəkələrdə həmin şəxsin fotosu yayılıb və valideynlərin son dərəcə ehtiyatlı olmaları bildirilib.
Daxili İşlər Nazirliyindən baku.ws-a deyilib ki, fotosu yayılan şəxslə bağlı şikayət daxil olmayıb. Nazirlikdən bildirilib ki, bu şəxsin əməlindən zərər çəkən varsa, dərhal hüquq-mühafizə orqanlarına müraciət etsin.