Türkiyə gülənçilərə qarşı da əməliyyat başlatdı – Təcili

7-08-2015, 16:49   
Türkiyə gülənçilərə qarşı da əməliyyat başlatdı – Təcili
Türkiyənin Zonquldak əyalətində nurçu məktəbləri yoxlanılır.

Axar.az xəbər verir ki, təhlükəsizlik qüvvələri 4 hazırlıq kursu, 2 kollec və bir körpələr evində araşdırmalar aparır.

Polis əməkdaşları təhsil ocaqlarında sənədləri, kompüterləri təftiş edir. Binalara giriş qadağan edilib. Analoji əməliyyat İqdırda da həyata keçirilir.

Qeyd edək ki, Fətullah Gülənin Türkiyədəki bütün təsisatları istintaq nəzarətindədir. AKP hökuməti Güləni dövlət çevrilişində ittiham edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar