Top Tenz”in keçirdiyi ənənəvi sosial səsvermələr davam edir. Axar.az xəbər verir ki, müzakirəyə çıxardığı maraqlı mövzu və səsvermələrlə məşhur olan “Top Tenz” bu dəfə ABŞ-ın ən pis prezidentini müəyyən etməyə çalışıb. Səsvermənin nəticələrinə görə, ABŞ tarixindəki ən pis prezident adına 14-cü prezident Pirs Franklin (1853 – 1857) layiq görülüb. Seçicilər Pirs Franklini Cənubla Şimal arasında gedən vətəndaş müharibəsinin əsas günahkarı kimi gördükləri üçün belə seçim ediblər. Bir çox amerikalı onu satqınlıqda ittiham edir. Franklin ömrünün son illərini tənha, alkoqolik olaraq keçirib. Qeyd edək ki, ikinci ən pis prezident adına Ceyms Byukenen, üçüncü yerə isə Endryu Conson layiq görülüb.