Bakıda iki qardaş 42 yaşlı kişini yaralayıb.
ANS PRESS-in məlumatına görə, hadisə Xəzər rayonunun Şağan qəsəbəsində baş verib.
Belə ki, 17 yaşlı Vüqar İsmayılov qardaşı, 16 yaşlı Anar İsmayılovla birlikdə qəsəbə sakini, 1973-cü il təvəllüdlü Çingiz Ağayevin qulaq və əl nahiyəsinə bıçaqla xəsarətlər yetirib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.