Futbolçu Cavid Hüseynovun qohumları jurnalisti döydülər

8-08-2015, 21:13   
Futbolçu Cavid Hüseynovun qohumları jurnalisti döydülər
Az öncə aldığımız məlumata görə, jurnalist Rasim Əliyev vəhşicəsinə döyülüb. Ona döyənlər isə "Qəbələ" futbol klubunun oyunçusu Cavid Hüseynovun qohumları olublar.

Məsələ burasındadır ki, Avroliqanın III təsnifat mərhələsinin "Qəbələ" - "Apollon" (Kipr) oyunundan sonra Cavid Hüseynov jurnalistlərə müsahibə verib. Bu zaman kiprli jurnalist ona qaldırdığı Türkiyə bayrağı ilə bağlı sual verib. O isə ingilis dilində "türklər mənim dostumdur" deməklə bərabər, əli ilə ədəbsiz jest göstərməklə jurnalistə cavab verib. Həmin an isə görüntülərə düşüb.

Azərbaycanlı jurnalist R.Əliyev də bu görüntülərin yer aldığı xəbəri paylaşaraq, bu sözləri yazıb: "Bu cür əxlaqsız, tərbiyəsiz və özünü idarə etməyi bacarmayan bir futbolçunun, məni Avropa meydanlarında təmsil etməsini istəmirəm".



Musavat.com xəbər verir ki, hər şey də bundan sonra başlayıb. R.Əliyevin paylaşdığı xəbərin şərh bölməsində uzun mübahisələr gedib. Daha sonra ona zəng edərək, hədə-qorxu gəliblər. Bir müddət sonra C.Hüseymovun özü jurnalistə telefonla zəng edib. Aralarında sakit şəkildə danışıqlar olub. Və məsələ bununla da bitib.



Amma C.Hüseynovun qohumları bununla kifayətlənməyiblər. Onlar jurnalistə zəng edərək, ona hər şeyin qaydasında olduğunu, C.Hüseynovla danışdıqlarını deyiblər və çay içməyə dəvət ediblər. R.Əliyev də bu təkliflə razılaşıb və onlarla görüşməyə gedib.

Amma C.Hüseynovun qanun tanımayan, "lotu" qohumları onu çay içmək üçün yox, döymək üçün çağırıblar. 7-8 nəfər olan və hələ ki, adları məlum olmayan şəxslər, jurnalisti vəhşicəsinə döyərək, xəstəxanalıq ediblər.



R.Əliyevin yaxın dostlarından aldığımız məlumata görə, o, hazırda 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilib. Onun qabırğaları sınıb və sol qulağı eşitmir.


Məhəmməd Türkmən
musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar