İlham Əliyev əmisi oğluna niyə qəzəblənib?

10-08-2015, 07:41   
İlham Əliyev əmisi oğluna niyə qəzəblənib?

İlqar Əliyevin İranla maliyyə əməliyyatları ölkə başçısını çətin vəziyyətdə qoyub
Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”na görə ölkə başçısı Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyevə məxsus “Riad Farm” şirkətinin icraçı direktoru Aqil Quliyev və hüquqi sahibi Həsən Şərifov da həbs olundu. Bu həbslərlə bağlı yayılan məlumatlarda bildirilirdi ki, “Riad Farm”ın Beynəlxalq Banka 200 milyon dollar borcu var.
Lakin hər bir halda ölkənin birinci şəxsinin yaxın qohumuna məxsus şirkətdə həbslər aparılması təəccüb doğururdur. Bundan başqa məlumat yayılmışdı ki, Ilqar Əliyev baş verənlərlə bağlı Ilham Əliyevin qəbuluna gedib. Lakin ölkə başçısı əmisi oğlunu qəbul etməyib. Bu isə onu göstərirdi ki, Ilham Əliyev əmisi oğluna çox qəzəblidir. Bu günlərdə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, ölkə başçısının əmisi oğluna qarşı bu münasibətinin kökündə Iranla Azərbaycan arasında pul mübahisəsi dayanır. Məsələ burasındadır ki, Azərbaycan Irana məxsus 500 milyon dollar həcmində aktivi dondurulub. Bu addım isə Ilqar Əliyevə məxsus “Royal Bank”la əlaqəlidir. Məlumat üçün deyək ki, “Royal Bank”ın bağlanmasının səbəbləri kimi bu bankın Iranın çirkli pullarının yuyulması ilə məşğul olduğu göstərilirdi. Iddia olunurdu ki, ölkə başçısı bu məsələ ilə bağlı Qərbdən xəbərdarlıq aldıqdan sonra bankın bağlanması barədə göstəriş verib. “Royal Bank” bağlanandan sonra isə orada xeyli əmanət batdı. Burada Irana da məxsus iri məbləğlərin olduğu deyilir. Həmin dondurulmuş aktivlərin əhəmiyyətli hissəsi də “Royal Bank”ın payına düşür. Beləliklə, Ilqar Əliyev Iranla maliyyə əməliyyatları aparmaqla Ilham Əliyevi çətin vəziyyətdə qoymuşdu. Ölkə başçısı bankı bağlamaqla bu problemi çözdü. Lakin Iranın pullarını tələb etməsi növbəti problemə səbəb olub.
Qeyd edək ki, artıq Azərbaycan Iranın dondurulmuş aktivlərindən 120 milyonu qaytarmaq məcburiyyətində qalıb.
Ticarət və iqtisadi əməkdaşlıq üzrə Iran-Azərbaycan birgə komissiyası katibliyinin rəhbəri Mehdi Möhtəşəmi bildirib ki, Iranın Azərbaycanda dondurulmuş 120 milyon dollar həcmində aktivləri qaytarılacaq. Bu barədə məlumatı Iranın Mehr agentliyi bildirib.
Məlumatlarda bildirilir ki, Ilham Əliyevin əmisi oğluna qəzəbinin kökündə əsasən bu məsələ dayanır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar