Təkrar seçki Ərdoğana nə vəd edir?

15-08-2015, 07:33   
Təkrar seçki Ərdoğana nə vəd edir?

Elxan Şahinoğlu: «Ərdoğan düşünür ki, PKK və IŞID-ə qarşı mübarizə onun reytinqini artırıb və xalq təkrar seçkidə AKP-ni təkbaşına iqtidar edə bilər»

Türkiyədə koalisiya hökuməti qurulmasına dair müzakirələr aylarla davam etsə də, nəticə vermədiyindən, bu ölkədə erkən seçki məsələsi yenidən gündəmə gəlib. Cümhuriyyət Xalh Partiyası (CHP) ilə uzunmüddətli danışıqlardan sonra koalisiyanın baş tutmayacağı qənaətinə gələn baş nazir Əhməd Davudoğlu bununla belə, Ədalət və Inkişaf Partiyasının (AKP) müzakirələri davam etdirmək niyyətində olduğunu deyib.

Baş nazirin sözlərinəÿgörə, bu qərarı verərkən hər iki partiyanın seçicilərinin gözləntilərini dəÿ nəzərə alıblar: “Ancaq bu o demək deyil ki, ölkə ÿhökumətsiz qalacaq. Ölkəmizin hökumətsiz qalmaması üçün bütün cəhdləri edəcəyik”.

Davudoğlunun sözlərinəÿ görə, indiki mənzərə ÿonu deməyəÿ əsas verir ki, erkən seçki qaçılmazdır vəÿqarşıda duran yeganə ÿvariantdır: “Bizim vəzifəmiz ölkəmizi təhlükəsiz bir şəkildə ÿerkən seçkiyəÿaparmaqdır. Inanıram ki, biz əlimizdən gələni etdik. Ölkənin hökumətsiz qalmaması üçün erkən seçkiyəÿ getməkdən ötrü siyasi dialoqu davam etdirmək əsas şərtdir”.

Baş nazir bildirib ki, erkən seçkiyə ÿgetmək üçün avqustun 23-nə ÿqədər siyasi partiya liderləri qərar qəbul etməlidir: “Koalisiya mümkün deyilsə, erkən seçki iləÿ bağlı qərarı da siyasi partiyalarla birlikdə, parlamentdəÿverməliyik. Açıq deyirəm, erkən seçkidəÿən çox qazanmaq ehtimalı olan partiya AKP-dir. Çünki daha 18 mandat qazansaq, təkbaşına hökumət qura biləcəyik. Başqa heç bir partiyanın beləÿ bir şansı yoxdur”.



Türkiyədə son koalisiya danışıqlarının perspektivlərini və erkən seçki baş tutacağı halda, mümkün nəticələri şərh edən ekspert, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ÿxatırladır ki, hələÿTürkiyədə parlament seçkilərinin nəticələri yenicə bəlli olarkən AKP-nin Milliyyətçi Hərəkat Partiyası (MHP) ilə koalisiya qurmasını məqbul variant hesab etmişdi. Ekspert bu qənaətini belə əsaslandırır: “Hər iki partiya ”sağ mərkəz" ideologiya daşıyıcısıdır. Bundan başqa, MHP ilə yanaşı, AKP-də də milliyyətçi qanad var. Digər tərəfdən, AKP-nin təkbaşına iqtidar olmasına müəyyən dəstəyi də məhz MHP verib. Bu dəstək istər bəzi qanunların qəbulunda, istərsə də qızların təhsil ocaqlarına hicabla getmələrinə razılıq verilməsində ifadə olunmuşdu. Bütün bunları nəzərə alaraq, AKP-MHP koalisiyasının mümkünlüyü versiyası yaranmışdı. Lakin AKP-nin məhz CHP ilə uzunmüddətli danışıqlar aparması belə bir təsəvvür yaratdı ki, bu iki partiya koalisiya qurmağa hazırlaşır. AKP təmsilçisinin son çıxışından isə məlum oldu ki, AKP ilə CHP arasında ciddi fikir ayrılıqları var imiş. Nəticədə də gözləntilər özünü doğrultmadı".

Ekspertin fikrincə, AKP-nin koalisiya danışıqlarında səmimi olmadığını demək doğru olmaz. Sadəcə, partiyalararası fikir ayrılıqlarının dərin olması onların ortaq məxrəcə gəlməsinə mane olur: “Çünki Dövlət Baxçalının irəli sürdüyü şərtlər kifayət qədər ağırdır. Hərçənd, şərtlərdən biri olan hökumətin PKK-ya qarşı mübarizəyə başlaması artıq faktiki olaraq reallaşıb. Ərdoğan son 13 ildə ilk dəfədir ki, PKK ilə ciddi mübarizəyə start verib”.

Elxan Şahinoğlu qeyd edir ki, AKP-nin PKK-nın siyasi qanadı hesab olunan HDP ilə danışıqlar aparmayacağı məlumdur. Bu baxımdan proseslərin gedişi daha çox təkrar seçki keçirilməsi ehtimalını artırır.

Ekspertin sözlərinə görə, Türkiyədə koalisiya baş tutsaydı belə, ömrü uzun çəkməyəcəkdi: “90-cı illərdən bəri qurulan koalisiyalar qısa zamanda dağılmış, hökumət heç bir uğur əldə etməmişdi. Çünki hər kəs yorğanı öz tərəfinə çəkməyə çalışmışdı. Ərdoğanı təkrar seçkiyə getməyə vadar edən daha bir ciddi amil var. Ərdoğan düşünür ki, PKK və IŞID-ə qarşı mübarizəyə başlaması onun reytinqini artırıb və koalisiya danışıqlarının perspektiv vəd etmədiyini görən xalq təkrar seçkidə AKP-ni təkbaşına iqtidar edə bilər”.

Təkrar seçki keçiriləcəyi təqdirdə, AKP-nin istədiyi nəticəni toplaya bilməsi ehtimalının daha böyük olduğunu bildirən Elxan Şahinoğlu hesab edir ki, təkrar seçkidə, hətta milliyyətçilərin də AKP-yə səs verəcəyini proqnozlaşdırmaq olar: “Çünki həqiqətən də Ərdoğanın və Davudoğlunun terrorla ciddi mübarizə aparması AKP-nin reytinqtinə müsbət təsir göstərib. Bundan başqa, təkrar seçki keçiriləcəyi təqdirdə, HDP-nin də zəif nəticə əldə edəcəyini söyləmək olar. Çünki bu partiyanın 13 faiz səs toplamasına yardım edən təkcə kürdlər deyil, eyni zamanda liberal türklər idi. Onların məqsədi bu idi ki, HDP parlamentə düşməklə AKP-nin təkbaşına hökumət qurmaq imkanlarını azaltsın. Təkrar seçki olarsa, HDP-nin 10 faizdən də az nəticə toplayacağı qənaətindəyəm. Çünki bu partiya PKK-nin təsirindən çıxa bilmədi. Bu da onlara səs verən qeyri kürdlərin narazılığına səbəb oldu. Bu baxımdan Türkiyədə təkrar seçkiÿbaş tutarsa, AKP-nin daha 18 mandat qazanacağı və təkbaşına hökumət quracağı ehtimalının yüksək olduğunu düşünürəm”.

Emil
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar