Rokfeller planı: Bakıda mason üçbucağı

21-08-2015, 08:26   

3-4 il əvvəl Axundov kitabxanasında bir rus intellektualla söhbət edəndə mənə demişdi ki, nə qədər Rokfeller və Kissincerlər yaşayır, dünya elə bu gündə də olacaq. Mərhələ-mərhələ fikirlərini əsaslandırmışdı da. Sonra qardaşının keçmiş KQB əməkdaşı kimi fəaliyyət göstərdiyini, Ziya Bünyadovun qətlində onun da əli olduğunu demişdi. Dediyinə görə, özü də sovet vaxtı mahir killer imiş. Ancaq mən onu “Axundov”un səssiz foyesində görəndə tamam əldən düşmüşdü: dərisi kitab səhifəsi kimi saralmışdı, qolları qələm kimi nazik idi. Əlində tutduğu çəlik, az qala, qolundan qalın görünürdü. Ağciyər xərçəngindən əziyyət çəkdiyini demişdi. Sonra biz onunla Vaqif Səmədoğludan uzun-uzun danışmışdıq. Yadıma gəlir, söhbət əsnasında o mənə dedi ki, dünyada elə sirlər var, çox az adam bilir. Onunla aramızda belə bir dialoq keçmişdi: - Səncə, niyə Kissincer və Rokfeller 100 ildir yaşayır? – soruşmuşdu. - Yəqin ki, zibil kimi pulları var, özlərini müalicə etdirirlər, qoruyurlar. - Ona qalsa, Stiv Cobsun da pulu çox idi. Bəs o niyə qoruya bilmədi özünü? Cavabım yox idi, eləcə çiyinimi çəkdim və o, başını aşağı-yuxarı yelləyib öz sualına cavab verdi: - Ona görə ki, ölümsüzlük kəşf olunub. Kraliça Yelizavetanın anası 102 il yaşadı, hamı elə bilir ki, ölüb... amma məsələ başqa cürdür. Sonra o, bir az da irəli gedib Rokfellerin Bakı, ümumilikdə, Qafqazla bağlı planlarından danışdı: - Qafqaz ölkələrinə də ərəb modeli tətbiq olunacaq. Yəni qurd meyvəni içindən yeyəcək. İlk mərhələdə həmin ölkələrə mənşəyi bilinməyən dini sektalar yeridiləcək... Adının Edik olduğunu deyən o çəlimsiz qoca Qorbaçovun hiyləgərliklərindən tutmuş Seyid Cəfər Pişəvərinin qətlinə qədər, bir çox məsələlərdən danışdı. Ancaq bu dini sekta söhbəti heç yadımdan çıxmadı. Son illərdə Azərbaycanda kök salmış əsas iki dini sekta var: Fətullah Gülən və Adnan Oktar camaatı. Bir müddət əvvəl ölkədə tüğyan edən Fətullah Gülənin açdığı universitetləri, vəqfləri Rokfellerin maliyyələşdirməsi haqda iddialar həmişə olub. Ümumiyyətlə, Rokfeller ailəsinə məxsus təhsil ocaqlarında oxuyan tələbələrin bir qismi sonradan öz ölkəsinin siyasi həyatında mühüm rol oynayıblar: Corc Buş, Mixail Saakaşvili, Kennedi, Nikola Sarkozi, Bülənt Ecevit, Dəniz Baykal, Süleyman Dəmirəl. Rokfeller hələ ötən əsrdə Mərkəzi Asiyadakı əsas episentrini Türkiyədə yerləşdirdi. Təsadüfi deyil ki, o vaxt Türkiyədəki xəstəxanalara 2 milyarddan çox yardım ayırmışdı. Əslində, bu yardımın mahiyyəti başqa idi: həmin xəstəxanalarda xəstələrə vurulan iynələr genetik zəhərlənməyə – sonsuzluğa səbəb olurdu. Dünya əhalisinin sabit qalması üçün ən uğurlu yol bu idi. Sonradan ortaya çıxan sənədlərdə məlum olmuşdu ki, bu, Kənan Evrənlə razılaşdırılmış protokol idi... və məhz bu uğuruna görə dünya nəhəngi Rokfeller öz marionetini təbrik etmək üçün Türkiyəyə gəlmişdi. Rokfeller Türkiyədə çox qal-qanad açdı, ancaq onun Ankaradan Bakıya doğru uzanan qolları artıq qurumaq üzrədir. Məlum olduğu kimi, Fətullah Gülənin “Edelveys” əməliyyatı (Bakı fəthi) fiaskoya uğradı və sısqa şah bir anda mat oldu. Ancaq onun başqa bir qolu – Adnan Oktarın yaratdığı mənşəyi bəlli olmayan dini sekta toplumun içərilərinə doğru inamla irəliləyir. Türkiyədə ciddi qəbul olunmayan bu adam, təəssüf ki, Azərbaycan gəncliyinə alim kimi təqdim olunur. Adnan Oktar haqqında müxtəlif ağılasığmaz iddialar irəli sürürlər: orqan mafiyasından tutmuş qadın alverinə qədər. Biz bunun nə dərəcə doğru olduğunu deyə bilmərik. Ancaq bir şey tam aydındır: Özünü alim adlandıran bu şəxs lüt qızları topluma əsl islam kimi təqdim edir. Onsuz da bizim cəmiyyətdə valideynlə övlad arasında uçurum var. Ona görə də bizdə dini baxışlardan yola çıxaraq qız uşaqlarını tora salmaq çox asandır. Geniş yayılmış praktikadır: gəncləri ələ almaq üçün onların ya dini görüşlərindən istifadə edirlər, ya da siyasi ideologiyalarından. Hazırda Bakıda 3 təhlükəli sekta – Rokfellerin mason üçbucağı var: potensial İŞİD-çilər, Fətullah Gülən camaatı və Adnan Oktarın “kedicik”ləri.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar