“Dünyanı fəlakət gözləyir: Əvvəlcə təbii fəlakətlər Amerikanı, sonra isə İtaliyanı məhv edəcək. Almaniya və Fransa iqtisadiyyatı böhran qarşısında aciz qalacaq. Alimlər ölümsüzlük iksirini icad edəcəklər”. Axar.az xəbər verir ki, bütün bunlar Nostradamusun 2015-ci illə bağlı öngörüləridir. Məşhur kahinlə bağlı yeni ortaya çıxmış iddialara görə, bizi qarşıda təhlükəli proseslər gözləyir: böyük dövlət başçılarına sui-qəsd təşkil ediləcək, vulkan püskürmələri və dünya iqtisadiyyatının tənəzzülü baş verəcək. Bu iddiaların Nostradamusun hansı kitablarına istinadən ortaya çıxdığı dəqiq açıqlanmır. Əgər bu şərhlərə inansaq, italyanlar artıq təhlükəsizlikləri üçün bunkerlər tikdirib, onu ehtiyat spagetti ilə doldurmalıdırlar. Qeri gəlmişkən qeyd edək ki, Vezuvi vulkanının oyanmasının mümkünlüyünü müasir elm və vulkanoloqlar istisna etmir. Professor, geoloq Pavel Pleçovun sözlərinə görə, son vulkan püskürməsindən 70 il keçib. Onun yenidən fəaliyyətə keçməsi mümkündür. Nostradamusun sözlərinə görə, insanlar birdən-birə ölməyəcək. Bu proses mərhələli şəkildə baş verəcək. Amerikadakı insanlar dəhşətli zəlzələdən sonra aclıqdan tələf olacaqlar. Amma söhbətin hansı Amerika qitəsindən getdiyi dəqiq deyil. Avropalı vətəndaşlar Vezuvi vulkanından, bəziləri isə iqtisadi böhrandan öləcək. Bununla yanaşı, yaxşı xəbərlər də var: fərqli dillər və vergilər olmayacaq. Amerikada baş verən zəlzələdən sonra ölən insanlar qəbirlərdən çıxacaq, sağ qalanlar isə gənc yaşda günəş radiasiyasından həyatlarını itirəcək. Yazılanlarda bu il dünyanın dörd böyük dövlətinin liderinə sui-qəsd cəhdi olacağı deyilir. Nostradamusun iddialarına görə, günəş radiasiyasından ölməyən insanlar 200 il yaşaya biləcəklər.