Arvadını döyən kişilərə cəza- Maaş ala bilməyəcəklər

27-08-2015, 14:20   

Türkiyədə Muradpaşa bələdiyyəsinin işçiləri ailələrində zorakılıq hallarına yol verdikdə maaşı özləri deyil, həyat yoldaşları alacaq.


“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hər hansı bir işçinin xanımı şiddətə məruz qaldığını təsdiq edən sənədi bələdiyyəyə təqdim etdikdə ərinin maaşından 1300 lirə ona veriləcək. Bələdiyyə bu təşəbbüslə ailədaxili zorakılığa qarşı cəmiyyətə bir mesaj vermək istəyir. Bələdiyyənin sədri Ümid Uysal bu günə kimi bununla bağlı hər hansı bir müraciətin olmadığını deyib: “İşçilərimiz sağ olsun, ailədə zorakılıq halı ilə hələ ki, qarşılaşmamışıq”.

“Qafqazinfo”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar