“Facebook”dan yeni xidmət

27-08-2015, 19:28   

"Facebook" sosial şəbəkəsi ən yeni məhsulunun - "M" adlı virtual köməkçinin sınaqlarına başlayıb. Hələlik yeni məhsul San-Fransisko şəhərində əlçatandır.
"Facebook"un yeni köməkçisi süni intellekt texnologiyasına əsaslanır. O, təkcə istifadəçinin sorğularını cavablandırmır, həm də məntiqə əsaslanaraq müəyyən hərəkətləri icra edir.
"M" virtual köməkçisi "Facebook" messencerinə inteqrasiya edilib. Sosial şəbəkənin yeni həlli "Google", "Apple" və "Microsoft" şirkətlərinin müvafiq köməkçiləri ("Google Now", "Siri" və "Cortana") ilə rəqabət aparmağa başlayacaq. Virtual köməkçi məhsullar satın ala, restoranda masa sifariş edə və ya səfərlər təşkil edə bilər.
"Facebook" şirkəti San-Fransisko da keçirilmiş sınaqlardan sonra "M" virtual köməkçisinin fəaliyyətini digər regionlarda da genişləndirməyi planlaşdırır.

Azərtac
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar