Şərqdə qızışan yeni müharibədə İsrail izi

28-08-2015, 08:49   

BMT Təhlükəsizlik Şurası avqustun 21-də təqdim etdiyi komissiya hesabatında Cənubi Sudanda istifadə edilən silahların İsrail Silah Sənayesi (IWI) tərəfindən istehsal edildiyini bildirib.

Axar.az xəbər verir ki, BMT 10 həftəlik işin nəticəsində hazırladığı hesabatda İsrail ordusunun nəzarətində olan İsrail Silah Sənayesi tərəfindən istehsal edilən həmin silahların yerli polis, milli təhlükəsizlik qüvvələri işçiləri və yüksək səviyyəli hərbçilərin mühafizəçiləri tərəfindən istifadə edildiyini vurğulayıb.

BMT bu iddiasını təsdiqləmək üçün təqdim etdiyi hesabata fotolar da əlavə edib. Ölkədəki İsrail istehsalı olan bəzi silahların müharibədən əvvəl verilmiş ola və müxtəlif qrupların əlinə keçə biləcəyi qeyd edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar