Türkiyədə kürdlərin siyasi təşkilatı olan Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş Türkiyədə noyabrın 1-də keçiriləcək növbədənkənar seçkilər ərəfəsində Vyanaya səfər gedib.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, səfər Avropadan gələn gizli dəvət əsasında reallaşıb.
Səfər zamanı HDP həmsədri Avstriya paytaxtında bir neçə qapalı görüş keçirib. Belə görüşlərdən biri isə Avstriya prezidenti Haynts Fişe ilə olub. Qapalı keçirilən bu görüşdə HDP-nin sədr müavini Nazmi Gür, partiyanın Avropa təmsilçisi Eyyup Doru və Demokratik Bölgələr Partiyasının (DBP) sədri Kamuran Yüksek iştirak edib.
Qeyd edək ki, Türkiyə mediası sözügedən qapalı görüşdən çəkilmiş fotoları yayıb.
Vasif Həsənli