Sabiq polisin güllələnməsində biznes gizlinləri

28-08-2015, 17:11   

Bakıda öldürülən keçmiş polis əməkdaşı “Butastone” şirkətinin təsisçilərindən olub. Bu barədə APA xəbər yayıb.

Axar.az-ın araşdırması zamanı məlum olub ki, qətlə yetirilən Nadir İbrahimovla şirkətin həmtəsisçisi Namiq Əsədov arasında konflikt olub.

Hətta buna görə İbrahimov Əsədovu şirkətdə çalışan fəhlələrin əmək haqlarını verməməkdə ittiham edib.

N.Əsədov isə işinin öhdəsindən gəlmədiyi üçün N. İbrahimovu baş direktor vəzifəsindən uzaqlaşdırdığını açıqlayıb.

Tərəflər arasında səngiməyən mübahisə məhkəməyə qədər gedib.

Nadirin Namiqlə birgə çalışdığı müddətdə “Akkord” şirkəti üçün gördükləri tikinti işlərindən alacaqları 200 min manata yaxın pula həbs qoyulması iddiasını məhkəmə təmin edib.

İbrahimov Tiflisdə Böyükağa Mikayıov adlı iş adamının otelində direktor müavini də işləyib.

Nadir məşhur müğənni Azər Zeynalovun qaynıdır.

Qeyd edək ki, avqustun 28-də saat 01.00-da N.İbrahimov güllə yarası ilə xəstəxanaya gətirilib və orada ölüb. Hadisəni münaqişə zəminində törədən həmyerlisi Rövşən Həsənov könüllü olaraq təslim olub.

O, hadisəni törədərkən istifadə etdiyi “Makarov” markalı tapançanı və patron darağını təhvil verib. Milli.az yazıb ki, qətl qız üstündə olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar