Sumqayıtın icra başçısı Eldar Əzizov yeni təyinatı ilə bağlı xəbəri təsdiqləməyib: "Mən hazırda oturmuşam Sumqayıt şəhər İcra Hakimiyyətində və vəzifəmi icra edirəm. Əgər cənab prezident məni vəzifəmdən azad etsəydi, xəbərim olardı. Bu, bəzi media orqanlarının növbəti dezinformasiyasıdır və heç bir əsası yoxdur". (faktxeber.com)