Azərbaycan Ordusu düşmən səngərlərini vurdu: 6 ölü

2-09-2015, 20:14   
Azərbaycan Ordusu düşmən səngərlərini vurdu: 6 ölü
Ermənistan mətbuatı dünən gecə keçirilən əməliyyatda 1-i zabit olmaqla 6 əsgər itirdiyinə dair məlumat yayıb

Cəbhə xəttində son günlər gərginlik ən üst səviyyəyə çatıb. Erməni işğalçı ordusu mütəmadi olaraq atəşkəs rejimini pozmaqla yanaşı, həm də dinc əhalini gülləbaran etməkdən çəkinmir. JAM.AZ xəbər verir ki, dünən Tərtər rayonunun Qapanlı kəndində keçirilən toy mərasimini atəşə tutublar. Nəticədə, mülki əhalidən 3 nəfər yaralanıb.

Baş verən hadisə ilə bağlı dünən açıqlama yayan müdafiə naziri Zakir Həsənov bunun ağır şəkildə cavabının veriləcəyini bəyan etmişdi. Nazir verdiyi vədi yerinə gətirib.

Bildirək ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 106 dəfə pozub. Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan ərazisi də daxil olmaqla, işğal altındakı torpaqlarda qərarlaşmış düşmən hərbi birləşmələri Azərbaycanın bir çox rayon və kəndələrini atəş altında saxlamağa çalışıb. Həmin məlumatda deyilir ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 128 atəş zərbəsi endirib.

Ermənistanda nəşr olunan «Aravot» qəzeti isə bu gün səhər məlumat yayıb ki, dünən gecə Qarabağdakı hərbi birləşmələrə endirilən atəş nəticəsində düşmən ordusu xeyli itki verib. JAM.AZ erməni mətbuatına istinadən xəbər verir ki, Azərbaycan Ordusunun açdığı atəş nəticəsində erməni birləşmələrinin 6 hərbçisi öldürülüb. Onlardan birinin zabit, digər 5-nin isə əsgər olduğu bildirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar