.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politolaq Rufiz Qonaqov Sentyabrın 10 da Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi yeni qətnamə ilə əlaqədar Vətəndaş Cəmiyyətinin mövqeyini ifadə edərək bildirib ki: - Azərbaycanla bağlı qəbul edilən bu sənəd reallığı əks etdirmir və Avropa Parlamentinin ölkələrə qarşı ikili standartlarla çıxış etdiyini nümayiş etdirir. Azərbaycan Vətəndaş Cəmiyyəti İnstitutları olaraq biz qəbul edilən bu sənədə öz etirazımızı bildirir, sənəddə ölkəmizlə bağlı irəli sürülən iddiaların yanlış məlumatlar əsasında hazırlandığını, subyektiv və qərəzli xarakter daşıdığını bəyan edirik.
Qətnamədə ayrı-ayrı halların sifarişli şəkildə təqdim olunması aydın şəkildə görünməklə bütün ölkəyə şamil edilməsi onun hazırlanma metodologiyasının qüsurlu olduğunu təsdiq edir. Halbuki, Qərb ölkələrində insan hüquqları sahəsində mövcud problemlər, polis zorakılığı, jurnalistlərin müstəqil fəaliyyətinə qoyulan qadağalar geniş vüsət almış və son vaxtlar həmin ölkələrdə bu sahələrdə ciddi problemlər yaşanmaqdadır. Bəzi Avropa təsisatları tərəfindən vaxtaşırı və sifariş xarakterli bu cür “sənəd”lər dinamik inkişafa malik dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın nüfuzunun dünyada artmasından qaynaqlanır və Avropada sürətlə vüsət alan islamofobiyanın aydın təzahürüdür. Azərbaycan dövləti milli maraqlara cavab verən konstruktiv təklif və tövsiyələrə həmişə açıq olmuşdur. Bu səbəbdən biz müstəqil və suveren dövlətin daxili işlərinə qarışılması, ona qarşı təzyiq məqsədilə qəbul olunmuş hər hansı sənədi qəti şəkildə pisləyərək, bu cür sifarişli ittihamları qəbuledilməz hesab edirik.
Azərbaycan müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, demokratik və yüksək beynəlxalq nüfuza malik ölkədir. Ölkəmizdə Vətəndaş Cəmiyyəti daim inkişaf edir, bu sahədə fəaliyyət görsədən bütün institutlar sərbəst şəkildə fəaliyyətini davam etdirir. Bu bir həqiqətdir ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyev ölkəmizdə güclü Vətəndaş Cəmiyyətinin formalaşması üçün bir çox vacib qərarlar qəbul edərək, Vətəndaş Cəmiyyəti İnstitutlarının ölkənin dinamik inkişafını təmin edən başlıca vasitələr olduğunu bəyan etmişdir. Məhs buna görə də Azərbaycanda demokratik prinsiplərin möhməkləndirilməsi, Vətəndaş Cəmiyyəti institutların daha da inkişaf etdirilməsi, onların fəaliyyətinin gücləndirilməsi istiqammətində ardıcıl siyasət həyata keçirilir.