Dünyada ilk dəfə insan başı başqa bədənə köçürüləcək

13-09-2015, 09:31   
Dünyada ilk dəfə insan başı başqa bədənə köçürüləcək
Rusiyalı kompüter mühəndisi, 30 yaşlı Valeri Spiridonov başının sağlam bir bədənə köçürülməsini istəyib. Qeyd edək ki,mühəndis hoffman xəstəliyindən əziyyət çəkir. Onun bədən əzələlərinin 90 faizi işləmir.

Riskli əməliyyatı həyata keçirməyi planlaşdıran italiyalı cərrah Sergiyo Kanaverodur. Çinli cərrah Ren Xiaopinq isə bu əməliyyat zamanı Sergiyonun köməkçisi olmağı qəbul edib.

36 saat davam edəcəyi gözlənilən əməliyyat 7 milyon sterlinqə başa gələcək.


Çində təşkil edilən “Frontier Science” adlı konfransda çıxış edən cərrahlar iki il ərzində Spiridonova tam bədən nəqli etmək üçün işlərə başladıqlarını açıqlayıb. Əməliyyatın 2017-ci ilin dekabrında reallaşdırılması planlaşdırılır. Çinli cərrah Ren 2013-cü ildən bəri təxminən min siçana bədən nəqli etdiyini deyib.

Modern.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar