Baş nazirdən sensasion açıqlama

16-09-2015, 13:03   
Baş nazirdən sensasion açıqlama
Pakistanın baş naziri Nəvaz Şərif sensasion açıqlama ilə çıxış edib.


Avropa.info xəbər verir ki, baş nazir ölkəsindəki nüvə sınaqlarının dayandırması qarşılığında dövrün ABŞ prezidentinin ona 5 milyard dollar rüşvət təklif etdiyini etiraf
edib.

Şərif ölkəsinin maraqları üçün bu pulu qəbul etmədiyini deyib. Baş nazir nüvə sınaqlarının dayandırılması üçün, xaricdən ciddi təzyiqlərə məruz qaldığını qeyd edib.

"Keçmiş ABŞ prezidenti dəfələrlə mənə telefon edərək nüvə sınaqlardan əl çəkməyim qarşılığında 5 milyard dollar pul təklif etmişdi. Mənə dedilər ki, biz Hindistana nüvə sınaqlarını dayandırmaq üçün təzyiq edəcəyik. Mən də dedim ki, Hindistanla problemi həll edin sonra gəlin."

Qeyd edək ki, Hindistanın 12 may 1998-ci ildə həyata keçirdiyi nüvə sınaqların ardından, Pakistan da eyni il mayın 28-də nevə sınaqları keçirdiyini bəyan etmişdi. Həmin dövürdə isə ABŞ prezidenti Bill Klinton olub. Nəvaz Şərifin dediyindən belə çıxır ki, ona rüşvəti Klinton vermək istəyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar