Rayonlara gediş haqları bahalaşdı

16-09-2015, 13:10   
Rayonlara gediş haqları bahalaşdı
Bakı Avtovağzalından rayonlara sərnişin daşıyan fərdi minik vasitələrinin sürücüləri bölgələrə gediş haqlarını artırıblar

Bolgexeber.com publika.az-a istinadən xəbər verir ki, Lənkəran, Göyçay, Ucar, Qazax, Şamaxı habelə digər şəhər və rayonlara gediş haqları 2 manat artıb.

Xaçmaz, Quba, Qusar və digər rayonlara isə gediş haqları 1 manat bahalaşıb. Fərdi avtomobillərin sürücüləri dünəndən etibarən Göyçaya, Ucara gedən sərnişinlərdən 12 manat (əvvəlki qiymət 10 manat idi) tələb ediblər.

Gediş haqlarının bahalaşması Sumqayıt-Bakı istiqamətində hərəkət edən fərdi minik vasitələrində də müşahidə edilib. Belə ki, Sumqayıtdan Bakıya sərnişin daşıyan taksi sürücüləri də gediş haqlarını 2 dəfə artırıblar. Sərnişinlər dünən və bu gün Sumqayıtdan Bakıya gəlmək üçün 2 manat (sentyabrın 15-ə qədər gediş haqqı 1 manat idi) gediş haqqı ödəməli olublar.

Fərdi minik avtomobilləri sürücülərinin gediş haqlarını artırmaları dünəndən etibarən rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7-dən gecə saat 00:00-a qədər paytaxta girişinə qadağa qoyulması ilə əlaqələndirilir.
Bolgexeber.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar