Noyabr ayının 1-də keçiriləcək parlament seçkilərində deputat mandatı əldə etmək iddiasında olan tanınmış müxalifətçilər artıq müxtəlif dairələr üzrə namizədliklərini irəli sürüblər. Sentyabrın 15-də isə Yeni Azərbaycan Partiyası deputatlığa namizədlərin siyahısını açıqlayıb.Modern.az saytı tanınmış müxalifətçilərlə hakim partiya üzvlərindən kimlərin hansı dairələrdə deputat mandatı uğrunda mübarizə aparacaqlarını araşdırıb
Məlum olub ki,Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlununnamizəd olacağı 9 saylı Binəqədi 2-ci seçki dairəsində onun YAP-dan rəqibi Kəmaləddin Qafarov olacaq.
Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər15 saylı Yasamal 1-ci Seçki Dairəsində YAP üzvü Bayram Aslanovla yarışacaq.
Müsavatın keçmiş üzvü, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədr müavini Vurğun Əyyubun30 saylı Suraxanı 1-ci Seçki Dairəsində rəqibi YAP-ın namizədi, hazırki deputat Sevinc Fətəliyevadır.
33 saylı Xətai 1-ci Seçki Dairəsindən Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılı indiki deputat ,YAP üzvü Hüseynbala Mirələmovla mübarizə aparacaq.
Azərbaycan Milli İstiqlal Partiyasınınsədri Yusif Bağırzadə Gəncə şəhərindəki 38 saylı seçki dairəsindən namizəddir. YAP bu dairədən Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Naqif Həmzəyevin namizədliyini irəli sürüb.
Ədalət Partiyasının sədri İlyas İsmayılovnövbəti dəfə mandatını qorumaq üçün yenə 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən seçkilərdə iştirak edəcək. YAP-dan isə bu dairə üzrə Canpolad Qəhrəmanov deputatlığa namizəddir.
Azərbaycan Milli Demokrat Partiyasının sədri(AMDP)İsgəndər Həmidov 123 saylı Kəlbəcər seçki dairəsində YAP-ın irəli sürdüyü, indiki deputat, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla yarışacaq.
AzFakt.com