Sabir Rüstəmxanlı xanımına görə deputatlıqdan vaz keçdi

18-09-2015, 12:36   
Sabir Rüstəmxanlı xanımına görə deputatlıqdan vaz keçdi
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bu dəfə Milli Məclis üzvlüyünə namizədliyini irəli sürməyəcək

Bu barədə APA-ya S. Rüstəmxanlı özü məlumat verib. O bildirib ki, həyat yoldaşı, “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının deputat seçilməsinə yardımçı olacaq: “Namizədliyimi irəli sürməmək barədə qərarım qətidir. Tənzilə xanım namizədliyini verib, qeydiyyatdan keçsə, ona kömək edəcəyəm”.

Modern.az saytının məlumatına görə, Sabir Rüstəımxanlının xanımı, “Azəri-Türk Qadınlar Birliyi”nin sədri Tənzilə Rüstəmxanlı 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyini irəli sürəcək.

42 saylə dairənin hazırki deputatı, tarixçi alim Musa Qasımlı isə seçkiyə Sabir Rüstəmxanlının dairəsindən - 72 saylı Yardımlı-Masallı seçki dairəsindən qatılacaq.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.

AzFakt.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar