110 min oğurlayan dəstənin daha bir üzvü - Tutulub

18-09-2015, 12:38   

Ötən ay Bakıda mütəşəkkil dəstə tərəfindən vətəndaşın evindən külli miqdarda oğurluq edilib. “Qafqazinfo” Bakı şəhər BPİ-yə istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində baş verib.

Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 26-da saat 23:30 radələrində A.Gəraybəyli küçəsində 1968-ci il təvəllüdlü Şəhla Əhmədovanın mənzilindən açarseçmə yolu ilə içərisində 40.000 manat, 20.000 ABŞ dollar və 50.000 manat dəyərində qızıl-zinət əşyaları olan seyf oğurlanıb.

Hadisəni törətmkdə şübhəli bilinən Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə 28 iyul 2015-ci il tarixdən Tərtər RPŞ tərəfindən axtarışda olan Cəlilabad rayon sakini, 1990-cı il təvəllüdlü Elnur Rasim oğlu Əliyev tutulub.

Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində bundan öncə mütəşəkkil dəstənin daha üç üzvü - Suraxanı rayon, Hövsan qəsəbə sakini, 1989-cu il təvəllüdlü Ağayev Vaqif, ərtər rayon sakinləri Asəf Əliyev və əvvəllər məhkum olunan Tural Əzizov saxlanılıb.

Murad Əhməd
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar