Azərbaycanı parçalama planı: «Şirvanın Azadlıq Cəbhəsi» yaradıldı

23-05-2014, 16:06   
Azərbaycanı parçalama planı: «Şirvanın Azadlıq Cəbhəsi» yaradıldı
Ermənistanın dəstəklədiyi həmin təşkilat Şirvanşah dövlətini bərpa etməyi hədəf götürüb

Ermənistanın dəstəyi ilə Azərbaycanda yaşayan tat və dağlıların qızışdırılması üçün daha bir planın üzərində çalışılır. Mayın 16-17-də İrəvanda keçirilən tatşünaslığa dair konfransda isə məsələ daha açıq şəkildə diqqət mərkəzinə gətirilib.

Ermənistanın dəstək verdiyi yeni plana əsasən Azərbaycanda «Şirvan» dövlətinin yaradılmasına başlanılmalıdır. 16-cı əsrə qədər tarixdə mövcud olmuş Şirvanşahlar dövlətinin bərpası məqsədini daşıyan həmin planın əsas dəstəkçiləri sırasında təəssüf ki, təkcə ermənilər yox, həm də azərbaycanlılar da var.

Sosial şəbəkələrdə yayılmış məlumata əsasən bəzi adamlar ermənilərin fitvasına uyaraq, artıq «Şirvanın Azadlıq Cəbhəsi» adlı təşkilat yaratdıqlarını bəyan ediblər. Bu ilin fevralından başlayan prosesin ölkənin Şimal ərazilərində yayılması istiqamətində işlər görüldüryü bildirilir.

Bunun açıq şəkildə separatçılıq olduğu şübhəsizdir. Özü də ermənilərin əliylə həyata keçirilən bir separatçılıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.