Ölkənin hakim Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 36,5% səslə 2-ci yerdədir.
Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkilərində sandıqların yarıdan çoxu artıq açılıb.
Nəticələrə əsasən, Cumhuriyyət Xalq Partiyası (CHP) 37,5% səslə irəlidədir.
Ölkənin hakim Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 36,5% səslə 2-ci, DEM Partiyası isə 5,9% ilə 3-cü yerdədir.
Səsverməni Avropa Şurasından olan müşahidəçilər də izləyiblər. Nümayəndə heyətinin rəhbəri David Eray Reuters-ə bildirib ki, aprelin 1-də yerli vaxtla saat 11:00-da Ankarada səsvermədə müşahidə etdiklərinin tam hesabatını verəcəklər.
Seçkidə ölkənin 81 vilayəti, 922 rayonu üzrə yerli hakimiyyət orqanlarında təmsilçilik uğrunda 34 siyasi partiya və müstəqil namizədlər mübarizə aparıb.
Reuters yazır ki, bu seçkidə əsas hədəf prezident Rəcəb Tayyib Ərdoğanın İstanbula nəzarəti rəqibi Əkrəm İmamoğludan geri almaqdır.
Amma ilkin nəticələrə görə Əkrəm İmamoğlunun namizəd olduğu İstanbulda da daxil bir neçə böyük şəhərdə müxalif CHP-çilər öndədir.
Səsvermə öncəsi təhlilçilər bildirirdilər ki, İmamoğlu İstanbuldakı hakimiyyətini qoruya bilsə, qarşıdakı 2028-ci il prezident seçkilərində müxalifətin qalib olacağına dair böyük ümidlər yaranacaq.