«Dəmir Bank»ın Sumqayıt filialında «istehlak krediti» oyunu

26-05-2014, 11:13   
«Dəmir Bank»ın Sumqayıt filialında «istehlak krediti» oyunu
Filial rəhbəri Nahid Ağayev şəhərin yarısını taksi sürücüsü, yarısını da dərzi kimi «sənədləşdirib»

Milli Bankın təlimatı əsasında bu ilin fevralından etibarən yerli banklara avtomobil və istehlak kreditləri vermələri məsələsində bəzi məhdudiyyətlər qoyuldu. JAM.AZ xəbər verir ki, həmin qərardan sonra kredit şərtlərində dəyişikliklərin edilməsi yerli bankların içini xeyli çətinləşdirsə də, bəziləri vəziyyətdən ustalıqla çıxmağa nail olub.

Məsələn, «Dəmir Bank»ın Sumqayıt şəhər filialında baş verənlər bunun əyani misallarındandır. Belə ki, həmin filialın rəhbəri Nahid Ağayev özü «yeni qaydalar» tətbiq edərək, Milli Bankın qərarlarına əhəmiyyət belə vermir. JAM.AZ-a verilən məlumata görə, Nahid Ağayev hal hazırda bir sıra məişət avadanlıqları və mebel satışını həyata keçirən portnyor dükanlarla münasibətlərini yeni müstəvidə qurmağa başlayıb. Əvvəllər külli miqdarda pul qazandığı bu obyektlərlə işləmək mexanizmindəki dəyişiklik onun 50 min manat gəlirdən edib.

Məlumatlarda deyilir ki, «Dəmir Bank»ın Sumqayıt filialının rəhbəri hal hazırda istehlak krediti üçün arayışsız müraciət etmiş müştərilərin alacaqları vəsaiti biznes krediti olaraq sənədləşdirir. Bu zaman müştəriyə aid şəxsi avtomabil varsa, onun markasından asılı olmayaraq üzərinə "TAXİ" nişanı qoyularaq şəkli çəkilir və taksi fəaliyyəti biznes kimi təqdim edilərək kredit verilir.

Əgər müştəri qadındırsa, onu özlərinin alaraq təşkil etdikləri tikiş maşınlarının arxasında oturdaraq, müştərini dərzi kimi təqdim edərək biznes krediti kimi sənədləşdirirlər. Bəzən isə müştəriyə tamamilə aidiyyatı olmayan hər hansı dükan və yaxud obyektin müştəri tərəfindən idarə olunduğu qələmə verilir.

JAM.AZ-a verilən məlumata görə, təkcə "Dəmirbank" Sumqayıt filialının mart, aprel, may ayında verdiyi kreditlərə baxılarsa, bu, Sumqayıt əhalisin qadınlarının dərzi, kişilərinin isə yalnız TAXİ fəaliyyəti ilə məşğul olduğunu üzə çıxarar.

Təbii ki, onların bizneslə məşğul olduqlarını təsdiqləyəcək hər hansı VOEN və yaxud vergi hesabatından söhbət belə gedə bilməz.

Xatırladaq ki, bütün bunlar məişət avadanlığı alınması üçün müraciət etmiş arayışsız müştərilərin itirilməməsi üçün edilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.