Dünyaca məşhur pop ulduzu Rihanna Amerika Moda Dizaynerlərinin Mükafatlandırma mərasimində “Dəb ikonası” mükafatına layiq görülüb.
ANS PRESS-in məlumatına görə, ifaçı mükafatlandırma mərasimində vücudunun hər santimetrini göstərmək üçün əlindən gələni edib. Rihanna ziyafətə xüsusi libasda gəlib. Adam Selmanın dizaynı olan paltarda 216 min ədəd svarovski daşından istifadə olunub. İfaçı libasına uyğun olaraq dəri rəngli alt geyimi seçib, yuxarı hissəsini isə gizlətməyə ehtiyac olmadığını düşünüb.
Rihanna cəsarət tələb edən paltarını sadə makiyajı ilə tamamlayıb. Bir tək gözlərini vurğulamaq qərarına gəlib.
Qeyd edək ki, daha əvvəl “Dəb ikonası” mükafatını Ledi Qaqa, Keyt Moss, Nikol Kidman və Coni Depp alıblar.