Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

59 yaşda sertifikasiyadan kəsilən müəllimləri nə gözləyir? - RƏSMİ

13-10-2023, 17:28   


59 yaşda sertifikasiyadan kəsilən müəllimləri nə gözləyir? - RƏSMİ


Ötən ildən başlayaraq ölkədə sertifikasiya imtahanları tətbiq edilir. 

Ölkə üzrə ümumilikdə 40 min 478 nəfər ibtidai sinif, həmçinin Azərbaycan dili və ədəbiyyat müəllimi sertifikatlaşdırma imtahanında iştirak edib. Test mərhələsində ibtidai sinif müəllimlərindən 22 min 295 nəfər, Azərbaycan dili və ədəbiyyat müəllimlərindən isə 8 min 491 nəfər uğur qazanıb. Qeyd edək ki, 60 yaşı tamam olan müəllimlərin sertifikasiyada iştirakı müzakirələrə səbəb olmuşdu.

Ancaq ölkə başçısının təsdiqlədiyi “Təhsil haqqında” Qanuna dəyişikliyə əsasən dövlət ümumi təhsil müəssisələrində yaşı 60 və daha yuxarı olan şəxslərin sertifikasiya imtahanında iştirakı könüllü olacaq. Ümumilikdə isə ölkədə 4432 ümumtəhsil məktəbində 150 min müəllim var və onların 20 minə yaxınının yaşı 60-dan yuxarıdır. Ancaq bu gün müəllimləri sertifikasiya ilə bağlı düşündürən bir məqam da var. 

Belə ki, 59 yaşında sertifikasiyanın test mərhələsindən keçə bilməyən (yəni lazım olan balı toplaya bilməyən) və sonrakı il 60 yaşı tamam olan müəllimləri nə gözləyir? Onlar yenidən imtahanında iştirak etməlidirmi?

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin mətbuat xidmətinin rəhbəri Fəridə Həsənli Cebhe.info-ya bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 60 və daha yuxarı yaşda olan təhsilverənlərin sertifikatlaşdırmada iştirakı könüllüdür:

“59 yaşlı təhsilverənin isə sertifikatlaşdırmada iştirakı icbaridir. Əgər müəllim uğur qazanmayıbsa, 1 ildən sonra təkrar sertifikatlaşdırmada iştirak etməlidir. Sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir”. 

Nigar Abdullayeva
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar