Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Araik Arutyunyan Bakıda həbsxanada nə istəyib? - Vəkili DANIŞDI + VİDEO

14-10-2023, 18:15   


“Araikin səhhəti normaldır. Saxlanma şəraitindən razıdır. O, heç bir narazılıq bildirməyib”.

Bu sözləri Axar.az-a Araik Arutyunyanın vəkili Alov Səfərəliyev deyib.

O bildirib ki, Araikin müdafiəsi üçün hər bir şərait yaradılıb.

“Kitab istəyirdi, təmin edilib. Araik ailəsi ilə əlaqə saxlayıb. Onun müdafiəsi ilə əlaqədar bütün lazımi tədbirlər tərəfimdən həyata keçirilir. Beynəlxalq təşkilatlardan hələ onunla görüşən olmayıb.

Ailəsi və yaxud yaxınları tərəfindən sovqat göndərən də yoxdur. Azərbaycan qanunvericiliyinə görə, xarici vəkillərin Azərbaycan Respublikası ərazisində vəkillik fəaliyyəti ilə məşğul olmasına icazə verilmir. Araikin yeganə vəkili mənəm. Vəkil olaraq heç bir çətinliyim yoxdur. Digər məsələlər istintaq sirri sayıldığı, verilən hər hansı informasiya müdafiə etdiyim şəxsin əleyhinə yönələ biləcəyi üçün əlavə məlumat verə bilməyəcəyəm.

İstintaq bitəndən və iş məhkəməyə gedəndən sonra Araik Arutyunyanın özünün icazəsi ilə ictimaiyyətə açıqlama verəcəyəm”, - o bildirib.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar