İsrail mətbuatının məlumatına görə, bazar günü axşam Tel-Əvivdən Mahaçqalaya gələn təyyarədə Rusiya və İsrail vətəndaşları olub. Rusiyalılarlar müalicədən sonra Dağıstana qayıdırdılar. Onları hava limanından çıxarmaq üçün avtobusa mindiriblər, lakin islamçılar onları saxlayıb dindirməyə başlayıblar.
İsrail təhlükəsizlik xidməti bildirir ki, israillilər təyyarədə qalıb və təhlükəsizliklərindən qorxaraq təyyarəni tərk edə bilmirlər. Həmin şəxslərin Moskvaya başqa reyslə göndəriləcəyi gözlənilir.
2023 Oktyab 29 (Bazar) 21:55:12
Mahaçqalada islamçılar hava limanını ələ keçirərək yəhudiləri axtarırlar
: Rusiyada antisemitizm təbliğatı öz bəhrəsini verir. Bazar günü axşam saatlarında bir neçə yüz islamçı Dağıstanın paytaxtı Mahaçqalada hava limanını ələ keçirib və gələnlər arasında yəhudiləri axtarır və “şübhəli” şəxslərin pasportlarını alib onları dindirir.
Bildirilir ki, hava limanı bağlanıb və Təl-Əvivdən Dağıstana uçuşların buraxılmaması tələbi var.
Göründüyü kimi, yerli hakimiyyət orqanları vəziyyətə nəzarət edə bilmir. -0-
Bakı/29.10.23/Turan