Aşk-ı memnu”, “Fatmagülün suçu ne” serialları ilə Yaxın Şərq və Balkanlarda xeyli tamaşaçı kütləsi toplamış türk aktrisası Beren Saat, bu il 2dəfə Fələstin moda həftəsinə ("Fashion Show in Ramallah Palestine") dəvət olunub.
anaxeber.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur aktrisanın ölkələrinə səfəri Ərəb mətbuatında günün xəbərinə çevrilib. Bölgənin ən çox oxunan jurnallarından olan “Sayidaty”-nin saytında “Türkiyənin serial ulduzu may ayında baş tutacaq dəb həftəsində mərasimin fəxri qonağı qismində iştirak edəcək” yazılıb. Bu, Balkanlarda da günün ən çox izlənilən xəbərinə çevrilib. Yunanıstandan Bolqarıstana qədər bütün Beren Saat fanatları xəbəri sosial şəbəkələrdə paylaşıb.