Ronaldonun birinci olmasına azərbaycanlılar necə təsir edib?

13-01-2015, 12:33   
Ronaldonun birinci olmasına azərbaycanlılar necə təsir edib?2014-cü ildə dünyanın ən yaxşı futbolçusu seçimində Azərbaycan təmsilçilərinin səs ünvanları açıqlanıb.

Report-un məlumatına görə, kapitan Rəşad Sadıqov "Qızıl top"a Kriştianu Ronaldunun Manuel Noyer və Aryen Robbendən daha layiqli olduğu qənaətinə gəlib.

Media işçisi kimi səs verən Rasim Mövsümzadə da Kriştianu Ronaldunu birinci, Aryen Robbeni üçüncü göstərib. Həmkarımız ikinci yerə Filipp Lamı layiq görüb.

Baş məşqçi qismində səs verən Mahmud Qurbanova gəldikdə, 42 yaşlı mütəxəssis daha öncə açıqladığı kimi, Aryen Robbeni birinci, Kriştianu Ronaldunu üçüncü yazıb. O, hesab edib ki, ikinci pillədə Anxel Di Mariya yer almalıdır.

Qeyd edək ki, səsvermədə ümumilikdə 181 ölkə yığmasının baş məşqçisi, 182 kapitan, habelə, 181 KİV nümayəndəsi iştirak edib. Kriştianu Ronaldu 37,66 faiz səslə "Qızıl top"a sahib olub. Lionel Messi (15,76 %) ikinci, Manuel Noyer (15,72 %) üçüncü yeri tutub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.