İlhamə Quliyeva: “Mən Koroğluyam”

5-05-2014, 15:58   
İlhamə Quliyeva: “Mən Koroğluyam”
Xalq artisti İlhamə Quliyeva “Onlar” verilişinə maraqlı açıqlamalar verib.

Prodüser Tolikdən danışan müğənni onun ünvanına söz atanların cavabsız qoymayıb:

“Almaniyadan Toliki mən gətirmişəm. Çılğınlığı var, tez özündənçıxandır. Ona demək istəyirəm ki, sus, kim sənə söz atdı, danışdı, fikir vermə. Mən də tez özümdən çıxanam, amma lazım gələndə özümü idarə edə bilirəm. Bakı balaca şəhərdir, hamı bir-birini yaxşı tanıyır. Hər kəsin qovluğu qabağındadır. Danışmağa nə ehtiyac var? Kim danışırsa, demək narahatdır, sənin uğurlarını həzm edə bilmir. Ancaq həddindən artıq çaşanları yerində oturtmaq lazımdır. Mən bunu bacarıram da, edirəm də. Mənə qarşı kim çaşır, dağdan aşır. Elə adamları gərək topuqdan yuxarı buraxmayasan. Əks halda çıxacaq yuxarı, axırda da başında oturmaq istəyəcək. Mənim başımda isə ancaq tac ola bilər. Sənət aləminə tacı, zövqü, kraliça titulunu gətirmişəm. Bir var Koroğlu, bir də var kor kişinin oğlu. Mən Koroğluyam. Mənim ağ atım var, üstündə oturmuşam. Başımda 8 tacım var. Bostanım yoxdur, daş atsınlar. Ağ evim var, orada daş çatmır”.
[media=http://www.youtube.com/watch?v=fa5i1FALxwo]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.