Məşhur müğənni Röya Ayxan növbəti dəfə konsert verməyə hazırlaşır. İfaçı sentyabrda Heydər Əliyev Sarayında yenidən konsert proqramı ilə sevənlərinin qarşısında çıxış edəcək.
Bu barədə açıqlama verən ifaçı maraqlı məqamlara da toxunub: “İyun ayında konsert vermək istəyirdim, lakin bu ayda Abbas Bağırovun konserti var. Natavan Həbibi də konsert verəcək. Mən bu şeyləri düşünənəm, dostlarımı vurmaram. Konsertə dəvətnamə göndərirsən, hamı qabaq sıralarda oturmaq istəyir. Kimi qıraqda oturdursan, gec gəlir, biraz oturur çıxır gedir".
Bundan əlavə olaraq Röya konsertə gec gəlib, tez gedən müğənniləri qınayıb. "Bəziləri yerləri xoşlarına gəlmədikdən iki mahnıya qulaq asıb çıxıb gedirlər. Üçüncü mahnıda gəlirlər, beşinci mahnıda artıq yoxdurlar. "Qaloçka" qoymaq üçün gəlməsinlər konsertimə. Dünyanın heç yerində belə deyil. Bizimkilər də elə bil ərə gedir, toylarda axıra qədər iştirak edirlər, konsertdə oturmurlar. Çünki onlara maraqsızdır”- sənət yoldaşlarına sərt mesajlarını göndərən Röya yaxın günlərdə yeni işlər nümayiş edəcəyini bildirib.