Fransanın PSJ klubunun forvardı Ezekuel Lavezzi məhkəməyə verilib.
ANS PRESS-in məlumatına görə, onu model Mariana Diarko ittiham edib.
Diarko iddia edib ki, 29 yaşlı futbolçu "Skype" vasitəsilə ona mesaj göndərərək, cinsi əlaqədə olmağı təklif edib: "Lavezzi mənə sevgilisinin lüt fotolarını göstərdi, sonra da kamera qarşısında soyundu"
Bu arada Lavezzi həmyerlisi və yaxın dostu Lionel Messi haqqında söhbət açıb.
Paris klubundan ayrılması gündəmdə olan Lavezzi Messi kimi həyat yaşamaq istəmədiyini bildirib:
"Onun kimi olmaq istəməzdim. Hamının tanıdığı biri olmaq asan deyil. Kameraların obyektivindən kənar, sakit bir həyat yaşamaq istərdim. Leo ilə birlikdə böyümüşük. Onun potensialını ilk günlərdən hiss etmişdim. Messini dünyanın ən yaxşı futbolçusundan çox, dostum kimi görürəm. Sözün düzü, bəzən futbol karyeramı bitirmək barədə fikirlər beynimdə dolaşır. Elə indinin özündə də bu fikirdəyəm".