Sələfi şeyxləri İslama zidd olan fətvalar verməyə davam edirlər.
Bəhreynin Bumahir bölgəsində yerləşən Xəlifə ibn Musa məscidinin imamı və universitet müəllimi Şeyx İsa ibn Saleh əl-Həsən Twitter şəbəkəsindəki şəxsi səhifəsində paylaşdığı yeni fətvasında bildirib ki, seksual oriyentasiyasında problemi olan kişilər (homoseksullar) eyni cinsləri ilə evlənə bilərlər:
“Uşaq sahibi olmaqdan qaçınmaq şərti ilə anormallıqları (homoseksuallığı) sübuta yetirildiyi və müalicəsi qeyri-mümkün olduğu halda kişinin kişi ilə evlənməsi caizdir”.
Qeyd edək ki, bu şeyx bir müddət əvvəl də verdiyi qəribə fətva ilə gündəmdə olub. Belə ki, o, cinsi zəifliyi olanların ehtiyac olduğu təqdirdə porno filmlərə baxmalarına icazə verib. Onun bu fətva üçün qoyduğu şərt daha gülüncdür: "Bir şərtlə ki, bu cür filmdə oynayanlar müsəlman olmalıdırlar".