Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

«Kurtlar Vadisi Pusu» hansı kanaldan yayımlanacaq?

6-05-2014, 11:02   

Serialı çəkənlər ATV ilə yollarını ayırır, sırada Kanal D var

Azərbaycanda və Türkiyədə xüsusi diqqətlə izlənən və artıq 10 ildir yayımlanan «Kurtlar Vadisi» serialı yeni sezondan etibarən yeni kanalda yayımlanacaq. Indiyə qədər Show TV, Star TV və TNT kimi telekanallarda yayımlanan serialın son ünvanı ATV-dir.

Türk mətbuatının yaydığı məlumata görə, serialı çəkən «Pana Film» şirkəti ilə ATV rəhbərliyi arasında fikir ayrılığı yaranıb və bu səbəbdən də kanalın dəyişdirilməsi məsələsi gündəmə gəlib. İlkin məlumatlara görə, yeni sezonda «Kurtlar Vadisi» serialı Kanal D telekanalından yayımlanacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar