ABŞ-ın Kaliforniya ştatında parlament komitəsi Azərbaycanın işğal altında olan torpaqlarında yaradılmış separatçı rejimin “müstəqiliyini” tanıyıb. Sözügedən ştatın qanunverici orqanı Dağlıq Qarabağa demokratik dəstəyi inkişaf etdirmək üçün məsələ də qaldırıb. Kaliforniya Məclisinin hər iki palatasında səsvermə isə may ayının 8-də olacaq. Qeyd edək ki, “Dağlıq Qarabağ Respublikası”nın tanınması üçün qanun layihəsini Kaliforniya parlamentinə Los-Anceles şəhərindən olan deputat Mayk Qato təqdim edib.