Maşınlar küçələrdən yığışdırılır
Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın bütün rayon icra hakimiyyətlərinə yollarda tıxacların azaldılması üçün yol polisinə yardım göstərmələri barədə göstəriş verib.
Icra hakimiyyərlərinin işçiləri qanunla qadağan olunmuş və nəqliyyatın normal hərəkətinə mane olan yerlərdə saxlanılan avtomobilləri yol polisi ilə birlikdə evakuator vasitəsilə cərimə meydançasına aparırlar.
Son günlər şəhərin bir sıra yollarında tıxacların azalması da məhz bununla əlaqələndirilir. Məsələ ilə bağlı icra strukturları və Bakı Şəhər Yol Polisi İdarəsi hələ ki, rəsmi açıqlama ilə çıxış etməyiblər.
Gerçəklik odur ki, Bakının küçələri tıxacdan xeyli azad olub.