Azərbaycanda 400 min ölkə vətəndaşı su altında qala bilərDeputatdan xəbərdarlıq

18-04-2014, 14:36   
Azərbaycanda 400 min ölkə vətəndaşı su altında qala bilər
Millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında işğal altında olan Sərsəng su anbarının təhlükəli vəziyyətdə olduğunu nəzərə alaraq bu istiqamətdə ciddi iş aparılmasının vacibliyini qeyd edib.
anaxeber.info-ın məlumatına görə, millət vəkili bildirib ki, 400 min ölkə vətəndaşı su altında qala bilər.
F.Mustafa Elxan Süleymanovun bu istiqamətdə ardıcıl fəaliyyətini təqdir edərək deyib ki, E.Süleymanovun təşəbbüsü ilə çox ciddi müzakirə sənədi qəbul olunub: "Bu sənəd Azərbaycanın milli maraqlarına təsir edən bir məsələdir. Xahiş edirəm, Yevlax, Bərdə Ağdam və Tərtərin millət vəkilləri də bu məsələdə ciddi həssaslıq göstərsinlər. Çünki iyulun 12-də Nikosiyada bu məsələ ilə bağlı məruzəçi təyin olunacaq. Həmin məruzəçinin materiallarla təmin olunması vacibdir. Sərsəng su anbarının hündürlüyü 128 metrdir".
F.Mustafa qeyd edib ki, ermənilər hər hansı təxribat törətməsələr belə, hər hansı bir qəza baş verərsə, 400 min Azərbaycan vətəndaşı bir saat ərzində məhv olma təhlükəsi qarşısındadır: "Odur ki, məruzəçinin gəlişi ərəfəsində onun materiallarla təmin olunmasına ehtiyac var. Təhlükəni önləmək üçün hamının vacib addımlar atması lazımdır".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar